EN

ABŞ Ticarət Nazirliyi "Nvidia" şirkətinə çipləri Çinə ixrac etmək üçün lisenziya verib

Bakı. Trend:

ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu "Nvidia"texnologiya şirkətinə H20 çiplərini Çinə satmaq üçün lisenziyaverib.

Trend-in məlumatına görə, bu barədə "Financial Times" qəzetimənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, lisenziyanın verilməsi ilə bağlı qərar çərşənbəgünü "Nvidia"nın baş direktoru Censen Huanq ilə ABŞ prezidentiDonald Tramp arasında Oval Ofisdə keçirilən görüşdən sonra qəbuledilib.

Nvidia bu çip modelini xüsusi olaraq Çin bazarı üçün yaradıb ki,məhsullar ABŞ-ın o zamankı prezidenti Co Baydenin administrasiyasıtərəfindən qoyulmuş çip ixracı məhdudiyyətlərinin meyarlarına cavabversin.

Chosen
43
az.trend.az

1Sources