“Zirə” – “Şamaxı” yoxlama oyununun saatında və məkanında dəyişiklik edilib.
Sportinfo.az xəbər verir ki, bu barədə "Şamaxı"nın mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma sabah saat 20:45-də “Azərsun Arena”da start götürəcək.
Daha əvvəl oyunun Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcəyi və 17:45-də başlayacağı açıqlanmışdı.