"İmişli" 2025/2026 mövsümü üçün heyətini gücləndirməyə davam edir.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Xəzər Mahmudovu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. Onun son klubu “Baku Sportinq” olub.
Qeyd edək ki, Xəzər Mahmudov 2023/2024 mövsümündə də "İmişli"nin formasını geyinib.