İstanbul nəhəngi "Qalatasaray" klubu "Mançester Siti"nin qolkiperi Edersonla şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Oxu.Az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı "əlcək sahibi" "sarı-qırmızılar"ın illik 8 milyon avroluq maaş təklifini qəbul edib.
Qeyd edək ki, "Mançester Siti" Edersonu 2017-ci ilin yayında "Benfika"dan transfer edib. Braziliya millisinin üzvü ötən mövsüm "şəhərlilər"in heyətində 40 rəsmi matçda meydana çıxıb.
"Cebheinfo.az"