İngiltərənin “Tottenhem” klubu “Kristal Pelas”ın yarımmüdafiəçisi Ebereçi Eze üçün transfer işlərini sürətləndirir.
90deqiqe.Az-ın məlumatına görə, London klubu ingilis futbolçu üçün “qartallar”a təkmilləşdirilmiş təklif göndərib.
“Tottenhem” 27 yaşlı futbolçuya görə 73 milyon avro ödəməyə hazırdır.
Eze isə artıq uzun müddətdir “Kristal Pelas” rəhbərliyinə klubunu dəyişmək istədiyini bildirib. Hazırda oyunçu transferin tamamlanmasını gözləyir.
Keçən mövsümdə Eze bütün turnirlərdə 43 oyunda 14 qol vurub və 11 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun qiymətini 55 milyon avro qiymətləndirir.