Boliviya çempionatında “The Strongest” və “Bluming” arasında keçirilən qarşılaşma meydan sahiblərinin 3-2 hesablı qələbəsi ilə başa çatıb.
Publika.az xəbər verir ki, ancaq meydan sahiblərinin qələbə sevinci əsl dəhşətə çevrilib.
Final fitindən sonra azarkeşlər raket kimi uçan “llorona” pirotexniki vasitələri havaya atıblar. Onlardan biri birbaşa Qodoya dəyib, onu yıxıb.
Futbolçu qasıq nahiyəsindən zədələnib və ayağa qalxa bilməyib. Həkimlər ona meydanı tərk etməyə kömək ediblər.