EN

Zelenski: Rusiyanın Ukraynanı ikinci dəfə bölməsinə imkan verməyəcəyik

BAKI, 10 avqust. TELEQRAF

“Vladimir Putin Krım ssenarisini təkrarlamağa çalışır, işğal olunmuş ərazilərin qorunub saxlanması üçün müharibədə fasilə verməyə can atır”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında yazıb.

Ukrayna lideri bildirib: “Ukrayna ölkənin parçalanmasının qarşısını almaq üçün düşmənə cavab verməyə hazırlaşır. Amerika tərəfi ilə təmaslar demək olar ki, gecə-gündüz davam edir - müxtəlif səviyyələrdə - biz hər şeyi açıqlamırıq. Putinin taktikasını hamı yaxşı görür. Kreml rəhbəri sanksiyalardan qorxur və bundan yayınmaq üçün müxtəlif variantlara əl atır.

Rusiyanın Ukraynanı ikinci dəfə bölməsinə imkan verməyəcəyik. Müharibəni aydın, etibarlı təhlükəsizlik arxitekturasına əsaslanacaq ləyaqətli sülhlə bitirməliyik. Tərəfdaşlarımız bu işdə bizə kömək etməyə hazırdırlar".

Chosen
65
20
teleqraf.com

10Sources