AZ

Şimal-Baltik liderləri Ukraynada Trampın sülh təşəbbüsünü dəstəkləyib

Şimal-Baltik səkkizliyi ölkələrinin liderləri birgə bəyanatda Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə “sarsılmaz dəstəklərini” təsdiqləyib, ABŞ prezidenti Donald Trampın müharibəni bitirməyə yönəlmiş təşəbbüsünü dəstəkləyiblər. Bu barədə sosial hesabında jurnalist Ələkbər Raufoğlu yazıb. 

Bəyanatda bildirilir ki, ölkələr diplomatik səylərə töhfə verməyə, eyni zamanda Ukraynaya “əhəmiyyətli hərbi və maliyyə dəstəyi” göstərməyə hazırdırlar və Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri davam etdirəcəklər. “Sülh yalnız qətiyyətli diplomatiya, Ukraynaya sarsılmaz dəstək və Rusiya Federasiyasına qanunsuz müharibəni dayandırması üçün davamlı təzyiqin birləşməsi ilə mümkün olacaq,” – bəyanatda vurğulanır.

Liderlər qeyd ediblər ki, danışıqlar yalnız atəşkəs şəraitində mümkündür.

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin tam suverenliyi çərçivəsində sülhə hazır olduğunu bildirib.

“Ukrayna xalqı öz gələcəyinə qərar vermək azadlığına malik olmalıdır. Sülh yolu Ukraynanın səsi olmadan müəyyən edilə bilməz. Ukraynasız Ukrayna haqqında, Avropasız Avropa haqqında qərar yoxdur,” –  bəyanatda qeyd olunub.

N.Təbrizli

Seçilən
50
50
anews.az

10Mənbələr