EN

Avropa ölkələri Ukraynaya qoşun göndərəcək?

"İstəklilər koalisiyası"na daxil olan ölkələr öz qoşunlarını Ukraynaya göndərməyi planlaşdırmırlar. Bunun əvəzində Avropa gücləri Ukrayna hərbi-sənaye kompleksinə dəstəyi artıracaq.

Publika.az xəbər verir ki, bu barədə "The Times" mənbələrə istinadən yazır.

"Ölkələrin Ukraynaya qoşun göndərmək istəmədiyini nəzərə alsaq, Ukrayna Silahlı Qüvvələrinin özünü təmin etməsi çox vacibdir", - Böyük Britaniya Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi deyib.

Nəşrin məlumatına görə, yardıma təkcə hava hücumundan müdafiə sistemləri və pilotsuz təyyarələrin tədarükü deyil, həm də Ukrayna müəssisələrində uzaqmənzilli raket istehsalının inkişafı daxildir. Bu, Kiyevin xarici təchizatdan asılılığını azaldacaq.

Chosen
139
50
publika.az

10Sources