AZ

Avropa İttifaqı Ukraynaya 1,6 milyard avro ayırdı

BAKI, 11 avqust. TELEQRAF

Avropa İttifaqı Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən 1,6 milyard avro verəcək.

Teleqraf xəbər verir ki, Avropa Komissiyasının bəyanatında belə deyilir.

Açıqlamada bildirilir ki, Avropa İttifaqı Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən izafi gəlir əldə edib ki, bu da Aİ-dən Ukraynaya üçüncü transfer olacaq.

Avropa Komissiyasının məlumatına görə, ilk iki tranşın 90%-i “Avropa Sülh Mexanizmi”, 10%-i isə Ukrayna Mexanizmi vasitəsilə Ukraynaya dəstək üçün verilib.

Bununla belə, üçüncü tranşdan başlayaraq, əldə olunan vəsaitin 95%-i Ukrayna ilə Kredit Əməkdaşlıq Mexanizmi, 5%-i isə “sülh fondu” vasitəsilə Ukraynanın dəstəklənməsinə yönəldiləcək.

Seçilən
85
27
teleqraf.com

10Mənbələr