ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Vyana, 10 avqust, AZƏRTAC
Sloveniya Azərbaycan və Ermənistan liderlərini sülh müqaviləsinə görə, həmçinin onilliklərdən bəri davam edən münaqişəyə son qoyulmasına yol açan ABŞ Administrasiyasını roluna görə alqışlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə Sloveniya Xarici İşlər Nazirliyinin “X“ sosial şəbəkəsindəki paylaşımında bildirilir.
Paylaşımda həmçinin qeyd edilir ki, bu, şübhəsiz ki, region üçün yeni imkanlar və rifah gətirəcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.