Yeni mövsümün hazırlığını davam etdirən "Arsenal" “Emireyts kuboku”nun finalında "Atletik"lə (Bilbao) üz-üzə gəlib.
QOL.az xəbər verir ki, Mikel Artetanın komandası İspaniya klubuna 3:0 hesabı ilə qalib gəlib.
"Arsenal" - "Atletik" - 3:0
Qollar: Viktor Dyökereş, 35, Bukayo Saka, 37, Kay Haverts, 82
Qeyd edək ki, “Emireyts kuboku” 2007-ci ildən təşkil olunur. Turniri ən çox qazanan komanda da məhz “Arsenal”dır – 9 dəfə.