EN

Tbilisidəki İdman Sarayının ətrafında yanğın baş verib

Tbilisi, 10 avqust, AZƏRTAC

Tbilisidə İdman Sarayını əhatə edən ərazidəki binaların birində güclü yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, yanğın baş verən binadan insanlar təxliyə olunublar.

Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, yanğın binanın bölmələrindən birində baş verib. Nazirliyinin yanğınsöndürmə və xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
50
29
azertag.az

10Sources