"Karvan" növbəti transferini həyata keçirib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İranlı mərkəz müdafiəçisi Səid İranxan ilə 1 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu son olaraq ölkəsinin “Paykan” klubunda forma geyinib.
Qeyd edək ki, Səid karyerasına “Traktor” klubunda başlayıb. O, İranın U-21 və U-23 millilərində forma geyinib.