EN

“Qəbələ” “Real Madrid”in yetirməsini transfer etdi

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Qəbələ” klubu İspaniyalı yarımmüdafiəçi Xayme Sierranı heyətinə cəlb edib.

Globalinfo.az-ın məlumatına görə, 27 yaşlı futbolçu artıq komandanın düşərgəsinə qoşulub.

Sierra klubun mətbuat xidmətinə açıqlamasında bunları bildirib:“Burada olmaqdan və sizinlə birgə çalışmaqdan böyük sevinc duyuram. Belə nüfuzlu komandada çıxış edəcəyim üçün çox şadam. İnanıram ki, əla bir mövsüm bizi gözləyir. İrəli!”

Qeyd edək ki, Xayme Sierra futbol karyerasına İspaniyanın “Real Madrid” klubunun akademiyasında başlayıb. O, son mövsümdə Xorvatiyanın “Varajdin” komandasında çıxış edib. Məlumat üçün bildirək ki, həmin kluba yay transfer pəncərəsində azərbaycanlı futbolçu Rüfət Abdullazadə də keçmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
86
34
globalinfo.az

10Sources