AZ

"Tottenhem" "Mançester Siti"nin vingeri ilə maraqlanır

"Mançester Siti"nin vingeri Savinyo karyerasını "Tottenhem"də davam etdirə bilər.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, londonlular 21 yaşlı braziliyalının transferi ilə bağlı danışıqlara başlayıb. Futbolçunun özü yeni komandaya keçməyə açıqdır. "Tottenhem"in baş məşqçisi Tomas Frank Savinyonu heyətində görmək istəyir.

Savinyo 2024-cü ilin yayından "Mançester Siti"də çıxış edir. O, İngiltərə klubunda 48 oyuna çıxıb, 3 qol vurub və 13 məhsuldar ötürmə edib. Transfermarkt futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.

Seçilən
53
50
operativmedia.az

10Mənbələr