EN

Bakıda itkin düşən azyaşlı tapıldı - Yenilənib

Bakıda evi tərk edən uşaq polis əməkdaşları tərəfindən tapılıb.

“Qafqazinfo” xəbər veirir, bu barədə Daxili İşlər Nazirliyinin bölmə rəisi Nurlan Əliyev xəbər verib.

“Nizami rayonu ərazisində polis əməkdaşları tərəfindən valideynindən xəbərsiz yaşadığı ünvandan çıxan uşaq tapılıb. 7 yaşlı Abbasov Yusif Nurxan oğlu dediyinə görə Sabunçu rayonunda yaşayır. Hazırda uşaq polis nəzarətindədir”, - N.Əliyev bildirib.

***

Polis əməkdaşları tərəfindən 7 yaşlı Yusif Abbasovun valideynləri müəyyənləşdirilərək azyaşlı onlara təhvil verilib.

Chosen
93
25
qafqazinfo.az

10Sources