AZ

Bakıda itkin düşən uşağı polis əməkdaşları tapıb - Yenilənib

Bakıda evi tərk edən uşaq polis əməkdaşları tərəfindən tapılıb... 

Bakıda polis əməkdaşları tərəfindən tapılan 7 yaşlı Yusif Abbasovun valideynləri müəyyənləşdirilib və azyaşlı onlara təhvil verilib

“Report”un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin bölmə rəisi Nurlan Əliyev bildirib.

Qeyd edək ki, azyaşlı Nəsimi rayonunda tapılmışdı və polisin nəzarəti altına alınmışdı.

***

Poliqon-un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin bölmə rəisi Nurlan Əliyev xəbər verib.

“Nəsimi rayonu ərazisində polis əməkdaşları tərəfindən valideynindən xəbərsiz yaşadığı ünvandan çıxan uşaq tapılıb. 7 yaşlı Abbasov Yusif Nurxan oğlu dediyinə görə Sabunçu rayonunda yaşayır. Hazırda uşaq polis nəzarətindədir”, - N.Əliyev bildirib.

Poliqon.info

Seçilən
74
25
poliqon.info

10Mənbələr