Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində bir sıra binalar dağılıb.
Viral.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Zərərçəkən binaların görüntüləri yerli mediada yayılıb. Sındırğı bələdiyyəsinin sədri Serkan Sakın sözlərinə görə, rayonda 10 bina dağılıb. Həmçinin iki nəfərin dağıntıların altında qaldığı bildirilir.
Son Yazılar:
- Türkiyədə dağıdıcı zəlzələ – Binalar uçdu
- Zəngəzur sülh yox, müharibə dəhlizidir
- İsti hava insanlar axmaqlaşdırır…
Qeyd edək ki, təbiət hadisəsi Sındırğı rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Qeyd edilir ki, təbii hadisələr 4.6 və 4.3 maqnitudada qeydə alınıb.