EN

Aidiyyəti qurumlar zəlzələ ilə bağlı zəruri tədbirləri görür - Ərdoğan

BAKI, TurkicWorld, Səməd Əyyubov

Balıkesirdə baş verən zəlzələ ilə bağlı ilk andan etibarən bütün aidiyyəti qurumlarımız zəruri tədbirləri görür.

TurkicWorld xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "X" sosial şəbəkəsindəki paylaşımında yer alıb.

Balıkesirdə baş verən və bölgə vilayətlərimizdə də hiss olunan zəlzələdən təsirlənən bütün vətəndaşlarımıza “keçmiş olsun” arzularımı çatdırıram.

"İlk andan etibarən bütün aidiyyəti qurumlarımız hərəkətə keçib və zəruri addımlar atır. Biz də görülən işləri yaxından izləyirik. Uca Allah ölkəmizi hər cür fəlakətdən qorusun" - deyə, o yazıb.

Qeyd edək ki, bu gün Türkiyənin Balıkesir vilayətində yerli vaxtla saat 19:53-də 6,1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanların ocağı Balıkesirin Sındırqı rayonunda 11 km dərinlikdə yerləşib.

Chosen
71
26
turkic.world

10Sources