EN

Tokayev: Astana ərazi bütövlüyü prinsipi ilə Ukraynada sülhün tərəfdarıdır

Rəsmi Astana əvvəldən Ukraynada ədalətli əsasda sülh düsturunun birgə axtarışını müdafiə edib, ardıcıl olaraq BMT Nizamnaməsinə, suveren dövlətlərin sərhədlərinin toxunulmazlığına və ərazi bütövlüyünə riayət edilməsinin tərəfdarı olub.

Operativ Media Akordaya istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı deyib.

Tərəflər Rusiya- Ukrayna müharibəsinin həlli perspektivlərini müzakirə ediblər.

Qasım-Jomart Tokayev qeyd edib ki, qazax xalqı Ukrayna xalqına, onun tarixinə, mədəniyyətinə və dilinə səmimi hörmət edir. O, Qazaxıstanın Ukraynada beynəlxalq hüquq prinsipləri əsasında davamlı sülhün bərqərar olmasında qeyd-şərtsiz maraqlı olduğunu vurğulayıb.

"İndi əsas prioritet Ukraynanın təhlükəsizliyinin sarsılmaz beynəlxalq təminatlarına əsaslanan Ukrayna dövlətçiliyinin qorunub saxlanılmasıdır", - Qazaxıstan Prezidenti vurğulayıb.

Söhbət zamanı qeyd olunub ki, Astana Kiyevlə qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə fəal əməkdaşlığı davam etdirmək niyyətindədir.

Chosen
21
29
operativmedia.az

10Sources