ain.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“The New York Times” yazır ki, ölkənin yüksək vəzifəli şəxslərinin mühafizəsinə cavabdeh olan ABŞ Məxfi Xidməti Rusiya və Amerika liderləri Vladimir Putin və Donald Trampın görüşü ərəfəsində Alyaska ştatının Ankoric şəhərində mənzil kirayələyib.
Görüş yeri hələ rəsmi olaraq açıqlanmayıb, lakin rieltor Larri Disbrou nəşrə bildirib ki, o, Gizli Xidmətin tələbi ilə Ankoricdə “altı otaqlı mülk” icarəyə verib.
Tramp avqustun 8-də deyib ki, o, Putinlə avqustun 15-də Alyaskada görüşəcəyini gözləyir. Sonra bu danışıqların planlarını Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təsdiqləyib.
Cavid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.