EN

Avstraliya Fələstini dövlət kimi tanıyacaq

Avstraliya

Avstraliya sentyabr ayında Fələstini dövlət olaraq tanımağı planlaşdırır.

Bunu Avstraliyanın Baş naziri Antoni Albaniz deyib.

“Avstraliya BMT-nin Baş Assambleyasının sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini tanıyacaq. Bu addım iki dövlətli həll yoluna, Qəzzada atəşkəsə və girovların azad olunmasına yaxınlaşmaq istiqamətində atılır”, - o bildirib.

Qeyd edək ki, bundan əvvəl bir sıra ölkələr, o cümlədən, Fransa, Böyük Britaniya və Kanada da Fələstini tanıyacaqlarını bəyan etmişdilər.

Chosen
34
7
xalqcebhesi.az

8Sources