AZ

Avstraliya da qərarını açıqladı

Avstraliya sentyabr ayında Fələstini dövlət olaraq tanımağı planlaşdırır.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,bunu Avstraliyanın Baş naziri Antoni Albaniz deyib.

“Avstraliya BMT-nin Baş Assambleyasının sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini tanıyacaq. Bu addım iki dövlətli həll yoluna, Qəzzada atəşkəsə və girovların azad olunmasına yaxınlaşmaq istiqamətində atılır”, – o bildirib.

Qeyd edək ki, bundan əvvəl bir sıra ölkələr, o cümlədən, Fransa, Böyük Britaniya və Kanada da Fələstini tanıyacaqlarını bəyan etmişdilər.

Seçilən
25
7
heftelik.az

8Mənbələr