EN

Lənkəranda yanğın törədən şəxs cəzalandırılıb​​​​​​​

Lənkəranda yanğın

Lənkəran rayonunun Göyşaban kəndi ərazisində avqustun 5-də yanğın hadisəsi törədən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, yanğının kənd sakini Elşən Cəfərov tərəfindən məişət tullantıları poliqonunda metal qırıntıları aşkar etmək məqsədilə törədildiyi və odla ehtiyatsız davranması nəticəsində qonşu əraziyə keçdiyi müəyyən edilib. Hadisə nəticəsində 5 hektar ərazidə kol-kos yanıb. E.Cəfərov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Chosen
46
31
reyting.az

10Sources