Qadın voleybolçulardan ibarət “Milli Aviasiya Akademiyası” heyətinə yeni oyunçu cəlb edib.
Fanat.Az xəbər verir ki, Bakı klubu Azərbaycan millisinin üzvü Yelizaveta Burkovanın keçidini rəsmiləşdirib.
Voleybolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Yelizaveta Burkova ötən mövsümü “Abşeron”da keçirib.