EN

Çin və Rusiya təyyarələri Yaponiya yaxınlığında uçuş həyata keçirib

Yaponiya Müdafiə Nazirliyi Çin və Rusiya bombardmançılarının Yaponiya yaxınlığında birgə uçuş həyata keçirdiyini bildirib.

525.az xarici mediaya istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Çinə məxsus iki H-6 tipli və Rusiyaya məxsus iki Tu-95 tipli təyyarə Yapon dənizi (Şərq dənizi) üzərində birgə uçuş həyata keçirib.

Açıqlamada, təyyarələrin Şərqi Çin dənizinə doğru getdiyi və Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin (ASDF) ələ keçirmə uçuşu üçün havaya qalxdığı qeyd edilib.

Bildirilib ki, Çin və Rusiya bombardmançı təyyarələri Yaponiyanın milli hava məkanını pozmayıb.

Yaponiya hökumətinin “birgə uçuşla bağlı dərin narahatlığı” diplomatik kanallarla Pekin və Moskva administrasiyalarına çatdırılıb.

Rəsmi Kyodo agentliyi xatırladıb ki, Çin və Rusiya bombardmançıları sonuncu dəfə 2023-cü ilin iyununda birgə uçuş həyata keçirib.

Malik Atilay























Bizi Facebookda izləyin

Chosen
583
3
525.az

10Sources