Yaponiya hökuməti Çin və Rusiya bombardmançı təyyarələrinin ölkənin hava sərhədləri yaxınlığında birgə uçuş keçirdiyini açıqlayıb.
"Cebhe.info" xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Çinə məxsus iki “H-6” tipli və Rusiyaya məxsus iki “Tu-95” tipli təyyarə Yapon dənizi üzərində birgə uçuş həyata keçirib.
Bildirilib ki, Çin və Rusiya bombardmançı təyyarələri Yaponiyanın milli hava məkanını pozmayıb.
Yaponiya hökumətinin “birgə uçuşla bağlı dərin narahatlığı” diplomatik kanallarla Pekin və Moskva administrasiyalarına çatdırılıb.
Yaponiyanın “Kyodo” informasiya agentliyi xatırladıb ki, Çin və Rusiya bombardmançıları sonuncu dəfə 2023-cü ilin iyununda birgə uçuş həyata keçirib.