EN

Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti müşahidə edilir FAKTİKİ HAVA

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 11 avqust, AZƏRTAC

Avqustun 11-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Yağıntılar bir sıra ərazilərdə leysan xarakterlidir, şimşək çaxır.

Düşən yağıntının miqdarı Balakəndə 21, Qusarda (Laza) 13, Qubada 10, Xaltanda 9, Lənkəranda 8, Naftalanda 5, Yevlaxda 4, Şabranda 3, Lerik, Astara, Biləsuvar, Altıağac, Qəbələ, Qax (Sarıbaş), Ağstafa, Şamaxı, Qobustan, Daşkəsən, Gədəbəy, Bərdə, Tərtər, Mingəçevir, İmişli, Kürdəmir, Goranboy, Şirvan, Sabirabad, İsmayıllı, Göyçay, Xaçmaz, Kəlbəcər, Şahdağ, eyni zamanda, Bakıda və Abşeron yarımadasında 1 millimetrdir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir saniyədə Neftçalada 20, Culfada 19, Bakıda və Abşeron yarımadasında 18 metrədək güclənir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
73
42
azertag.az

10Sources