EN

“Yeni mərhələ Türkiyə ilə əlaqələrin bərpası üçün fürsətdir” “Ərdoğanın çağırışları önəmli təsir edir...”

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Ermənistan Xarici İşlər Nazirliyinin müavini Vaan Kostanyan Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibədə ABŞ, Ermənistan və Azərbaycan arasında Vaşinqtonda imzalanmış çoxillik münaqişənin sona çatmasına dair sazişin mühüm mərhələ olduğunu vurğulayıb.

Kostanyan qeyd edib ki, ABŞ və Azərbaycanla üçtərəfli görüşlər tarixi əhəmiyyət daşıyır və bu proses Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında önəmli dönüş nöqtəsidir.

Kostanyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlanmasına dair müsbət çağırışlarının danışıqlara önəmli təsir göstərdiyini vurğulayıb.

“Məhz dünən baş verən hadisə bizə Türkiyə ilə də əlaqələrin bərpası üçün vacib bir fürsət yaradır. Əgər Ermənistanla Türkiyə arasında əlaqələr bərpa olunarsa, bu layihə regional və qlobal əhəmiyyətini daha da artıracaq,” – deyə o,əlavə edib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
37
azpolitika.info

1Sources