Şamaxı rayonunun Həmyəli və Qonaqkənd kəndləri ərazisində güclü külək nəticəsində yol nişanları aşıb. Əraziyə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində olan “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin əməkdaşları cəlb olunub.
Qurumdan AzadMedia.az-a verilən məlumata görə, 19 saylı yol istismarı idarəsinin şəxsi heyəti küləyin yaratdığı fəsadları aradan qaldırıb. Dağılan yol nişanları yeniləri ilə əvəz olunub.
Hazırda texnikalar və şəxsi heyət yüksək peşəkarlıq göstərir.