EN

Paşinyan İran lideri ilə razılaşmanı müzakirə etdi

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

"Regional kommunikasiyalar ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində və qarşılıqlılıq əsasında fəaliyyət göstərəcək".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti Məsud Pezeşkianla telefon danışığında deyib.

Məlumata görə, söhbət zamanı Paşinyan avqustun 8-də Vaşinqtonda aparılmış danışıqların nəticələrini Pezeşkiyana təqdim edib, eyni zamanda Ermənistanla Azərbaycan arasında yaradılmış sülhün region üçün açdığı imkanları qeyd edib.

Ermənistanın baş naziri Vaşinqton razılaşmalarına obyektiv qiymət verdiyinə görə İran prezidentinə təşəkkür edib və onun İrəvana gözlənilən səfərinin əhəmiyyətini qeyd edib.

Gülayə Mecid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
108
50
unikal.az

10Sources