EN

Putinlə Paşinyan arasında telefon danışığı: Vaşinqton görüşünü müzakirə etdilər

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Sitat.info TASS-a istinadən xəbər verir ki, Kremlin məlumatına görə, söhbət İrəvanın təşəbbüsü ilə baş tutub.

"Paşinyan avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyevlə görüşün nəticələri barədə ətraflı məlumat verib", - məlumatda deyilir.

İrəvanla Bakı arasında sülh...
Rusiya prezidenti İrəvanla Bakı arasında davamlı sülhün təmin edilməsi istiqamətində atılan addımların vacibliyini qeyd edib və Moskvanın bu prosesə kömək etməyə hazır olduğunu bildirib.

"Vladimir Putin İrəvan və Bakı arasında davamlı sülhün təmin edilməsi üçün atılan addımların vacibliyini qeyd edib", - məlumatda deyilir.

Rusiya tərəfinin - 2020-2022-ci illərdə ən yüksək səviyyədə məlum üçtərəfli sazişlərə uyğun olaraq - Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşmasına, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının açılmasına kömək etməyə hazır olduğu təsdiqlənib.

Nigar,

Sitat.info

Chosen
40
9
sitat.info

10Sources