EN

İran xarici neft tankerini ələ keçirdi

İran Hörmüzqan əyalətinə yaxın sularda "Feniks" adlı xarici neft tankerini ələ keçirib və gəminin 17 nəfər ekipaj üzvünü həbs edib.

Axar.az xəbər verir ki, bu haqda İran Sərhəd Mühafizəsinin komandiri Əhməd Əli Qudarzi məlumat verib.

O, 2 milyon litr qaçaq yanacaq daşıyan tankerin ekipaj üzvlərinin Cask limanı məhkəməsinə təhvil verildiyini bildirib.

Tankerin hansı ölkəyə məxsus oluğu barədə açıqlama verilməyib.

Chosen
30
8
axar.az

10Sources