İranın Hormozqan vilayəti sahillərində yanacaq qaçaqmalçılığı ilə məşğul olan xarici tanker ələ keçirilib.
Redaktor.az İran mediasına istinadən xəbər verir ki, nəticədə tankerdə olan 17 nəfər həbs olunub.
Bildirilib ki, tankerdə 2 milyon litrdən çox qaçaqmal yanacaq olub.
“Pheonix” adlı tankerin hansı ölkəyə məxsus olduğu ilə bağlı məlumat verilməyib.