Roma, 11 avqust, AZƏRTAC
İtaliyanın Kampaniya regionundakı Vezuvi vulkanının ətəklərində avqustun 9-da başlayan meşə yanğını geniş əraziyə yayılıb.
AZƏRTAC xəbər verir ki, bölgəyə əlavə 80 yanğınsöndürən və 4 təyyarə göndərilib. Vezuvi Milli Parkının da ərazisinə yayılan yanğının söndürülməsi üçün əməliyyatlar 48 saatdan çoxdur davam edir. Əməliyyatlara könüllülər də cəlb olunublar.
Qeyd edək ki, İtaliyada bu ilin əvvəlindən 850-dən çox meşə yanğını olub, nəticədə 57 min hektaradək sahə yanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma