EN

Pezeşkiandan sensassiyalı bəyanat: Zəngəzur İran hakimiyyətini iki yerə BÖLDÜ

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

"Hər şey şişirdilmiş xəbərlərdəki kimi deyil. İslam Respublikasının bu marşrutla bağlı tələbləri nəzərə alınıb".

“Cebheinfo.az” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

Jurnalistin “Siz ABŞ-nin İran sərhədində olmasından narahatsınız?” sualına Prezident belə cavab verib: 

"Bu, məsələlərdən biridir. Amma ərazi bütövlüyü məsələləri, eləcə də Avropaya və ya şimala gedən marşrutumuzun bağlanmaması nəzərə alınıb. Yeganə narahatlıq odur ki, bu yolu Amerika və Ermənistan şirkətləri çəkəcək".

Bundan əvvəl erməni ekspert Qriqor Balasanyan bildirmişdi ki, İranın hazırkı Prezidenti Məsud Pezeşkian Zəngəzur dəhlizinin açılmasını əhəmiyyətsiz məsələ hesab edir. Balasanyan qeyd edib ki, İranda “ciddi hadisələr” baş verir. Onun sözlərinə görə, Prezident Pezeşkianın rəhbərlik etdiyi islahatçılar artıq Zəngəzur dəhlizinin açılmasına o qədər də ciddi şəkildə qarşı deyillər. 

Görünən odur ki, İran hakimiyyəti Zəngəzur dəhlizi ilə bağlı iki yerə bölünüb. Pezeşkian və komandası bu layihəyə qarşı o qədər də ciddi müqavimət göstərmədiyi halda, ali rəhbərin komandası bunu İranın “qırmızı xətti” hesab edir.

Xəzər

“Cebheinfo.az”

 

Açar sözlər:

Pezeşkian Zəngəzur İran

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
55
50
cebheinfo.az

10Sources