EN

Rusiya XİN NATO-nun Kalininqrad vilayəti ilə bağlı hədələrinə cavab verib

Kalininqrad vilayətinin təhlükəsizliyi bütün vasitələrlə təmin ediləcək.

Qaziler.az bildirir ki, bunu avqustun 11-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov NATO üzvlərinin təhdidlərini şərh edərkən deyib.

"Bütün demarşlar edilir, bütün siqnallar verilir. Bu, dönməz təcrübədir. Kalininqrad vilayəti ölkəmizin ayrılmaz hissəsidir və heç bir halda bu kontekstdə heç bir müzakirə predmeti deyil", - o, "Rossiya 1" telekanalına müsahibəsində deyib.

İyulun 17-də amerikalı general Kristofer Donahyu bəyan etd ki, NATO Kalininqrad vilayətində Rusiyanın müdafiəsini yatıra və rekord müddətdə regionu “yer üzündən silə” bilər. "Onun sözlərinə görə, belə bir plan artıq hazırlanıb", - Gazeta.Ru əlavə edir.

QAZİLER.AZ

Chosen
14
2
qaziler.az

3Sources