Bakı, 11 avqust, AZƏRTAC
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov avqustun 15-də saat 09:00-da Şərurda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və rayonlarından olan vətəndaşlarla görüşəcək.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq.
Həmçinin müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.