AZ

Nazir Məcnun Məmmədov Şərurda vətəndaşları qəbul edəcək

Avqustun 15-də saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şərur rayon icra hakimiyyətinin inzibati binasında Naxçıvan şəhərindən, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və rayonlarından olan vətəndaşları qəbul edəcək.

News24.az  nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər 060 596 69 62 nömrəli telefona zəng edərək əvvəlcədən qeydiyyatdan keçə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.


Seçilən
32
47
news24.az

10Mənbələr