EN

Makron Qəzzada beynəlxalq koalisiya yaratmağı təklif edib

ain.az, Bizimyol saytına istinadən bildirir.

Fransa prezidenti Emmanuel Makron Qəzza zolağında vəziyyəti sabitləşdirmək üçün BMT-nin himayəsi altında beynəlxalq koalisiya yaratmağı təklif edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Agentlik Fransa liderinin sözlərindən sitat gətirərək: "BMT-nin himayəsi altında beynəlxalq koalisiya terrorizmlə mübarizə, Qəzzanı sabitləşdirmək, əhalisini dəstəkləmək və sülh və sabitliyi təmin edən idarəetmə sistemi yaratmaq üçün prioritet olmalıdır", - deyə qeyd edib.

O, İsrail hakimiyyətinin hərbi əməliyyatı genişləndirmək və Qəzza şəhərinin bütün ərazisinə nəzarəti ələ keçirmək planını fəlakətli adlandırıb. "Bu, görünməmiş şiddətdə əvvəlcədən elan edilmiş bir fəlakətdir", - deyə Makron və bunun "sonsuz müharibəyə doğru bir addım" olduğunu söyləyib.

Bundan əvvəl bildirilmişdi ki, İsrail hərbi-siyasi kabineti baş nazir Benyamin Netanyahunun Qəzza şəhərinin bütün ərazisini nəzarətə götürmək və Fələstin anklavında əməliyyatı genişləndirmək üçün təklif etdiyi planı təsdiqləyib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
42
icma.az

10Sources