EN

Yarışda infarkt keçirən sürücü xəstəxanada öldü VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Amerikalı avtoyürüşçü Robbi Bryuer Şimali Karolina avtodromunda baş tutan növbəti NASCAR yarışı zamanı faciəli şəkildə həlak olub. Belə ki, finişə dörd dövrə qalmış o, sükan arxasında infarkt keçirib, idarəetməni itirib və avtomobili yüksək sürətlə baryerlərə çırpılıb.

Avtosfer.az bu barədə "CBS Sports"a istinadla xəbər verir.

Hadisədən dərhal sonra 54 yaşlı pilot avtomobildən çıxarılaraq xəstəxanaya aparılıb, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ailəsi bir gün sonra onun ölümünü rəsmən təsdiqləyib.

Robbi Bryuer 35 illik karyerası ərzində 311 yarışa qatılıb, onlardan 11-də qələbə qazanıb. 2011-ci ildə o, "Sportsman" divizionunun çempionu olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
2
avtosfer.az

3Sources