EN

Vaşinqton danışıqları gələcəyə sarsılmaz inam yaradır - Sahib Səfərovun atası

“Bundan sonra daha gözəl, daha firavan illərə, müsbət, uğurlu hadisələrə şahidlik edəcəyik”

 “Bu gün sevincimin həddi-hüdudu yoxdur. Sanki yenidən Vətən müharibəsində qalib gəlmişik, torpaqlarımız yenicə işğaldan azad olub. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin siyasi müstəvidə qazandığı qələbə Vətən müharibəsində qazanılan qələbənin məntiqi davamıdır”. 

Bu sözləri Sherg.az-a açıqlamasında Azərbaycan ordusunun zabiti Ramil Səfərovun atası Sahib Səfərov ABŞ-nin paytaxtı Vaşinqtonda imzalanan sülh razılaşmasına münasibət bildirərkən qeyd etdi. S.Səfərov bildirdi ki, cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə olunan nailiyyətlər həmişə xalqımızı sevindirir, daha da xoş, firavan gələcəyə inamımızı artırır: 
- 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbənin, o böyük sevincin üzərinə bu gün daha bir sevinc əlavə olunub. Vaşinqtonda əldə olunan sülh razılaşmasını xalqımız, bizə qardaş, dost ölkələrin hamısı alqışlayır. Bu bizdə gələcəyə sarsılmaz inam yaradır. Bundan sonra daha gözəl, daha firavan illərə, müsbət, uğurlu hadisələrə şahidlik edəcəyik. Regionda sülh, əmin-amanlıq bərqərar olacaq. Zəngəzur dəhlizi reallığa çevriləcək, Naxçıvana sərbəst gedib-gələ biləcəyik. Bunlar Azərbaycan vətəndaşı kimi məni çox qürurlandırır. Azərbaycan müzəffər Ali Baş Komandanın siyasi iradəsi ilə növbəti qələbəsinə imza atdı. Cənab İlham Əliyevə “Ağ Ev”in açarı təqdim olundu. Bu, hər siyasi liderə nəsib olmur. Mən bu uğuru bütün qəlbimlə alqışlayıram. Var olsun Azərbaycan, var olsun cənab Prezident. Ali Baş Komandanın iradəsi ilə şanlı ordumuz Vətən müharibəsində qələbə qazandı. Biz bu qələbəni şəhidlərimizə, qazilərimizə borcluyuq. Vətən uğrunda şəhid olan övladlarımızın ruhu da indi şaddır. İşğaldan azad olmuş torpaqlarımızda quruculuq işləri gedir, hər gün doğma torpaqlara köç karvanları yola düşür. Məcburi köçkünlük həyatı yaşamış biri kimi doğma yurda qayıdışın necə bir xoşbəxtlik olduğunu bilirəm. Bir daha qazanılan siyasi qələbə münasibətilə xalqımızı, cənab Prezidenti təbrik edirəm. 
Məlahət Rzayeva  

Chosen
49
50
sherg.az

10Sources