“Real”ın mərkəz yarımmüdafiəçisinə sağ baldır nahiyəsində bağ qırılması diaqnozu qoyulub.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun nə zaman sağalacağı açıqlanmayıb. Kamavinqa ötən mövsüm də zədədən əziyyət çəkmişdi.
Onun “Real”la müqaviləsi 2029-cu ilin iyununa qədərdir. 2024/25 mövsümündə 35 oyunda 2 qol və 2 məhsuldar ötürmə edib.
Oyunçunun dəyəri 60 milyon avrodur.