“Real” klubu yarımmüdafiəçisi Eduardu Kamavinqanın sağlamlıq durumuna dair məlumat yayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tibbi xidmətin apardığı müayinə nəticəsində Eduardu Kamavinqada sağ ayaq biləyinin bağlarının dartılması diaqnozu qoyulub.
Xatırladaq ki, futbolçu 2024/2025 mövsümündə “ağlar”ın son 6 oyununu, o cümlədən İspaniya Kubokunun finalını əzələ zədəsi səbəbindən buraxmışdı.
Ötən mövsümdə fransız yarımmüdafiəçi bütün turnirlərdə 35 oyuna çıxaraq 2 qol və 2 məhsuldar ötürmə edib. Kamavinqa 2021-ci ildən bəri “Real”ın şərəfini qoruyur. Onun klubla mövcud müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədərdir.