EN

Bakıda yeniyetməni bıçaqlayan şəxs tutulub

Dekabrın 15-də saat 15 radələrində Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmayan V.C.-nin (şərti) xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan verilən xəbərə görə, araşdırma zamanı yetkinlik yaşına çatmayan Ə.B.-nin (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək V.C.-ni qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Cinayəti törətməkdə şübhəli bilinən Ə.B. iş üzrə prokurorluğun qərarı əsasında tutulub.

Chosen
166
9
azpost.info

10Sources