EN

Rusiyanın Azərbaycan və Ermənistan gündəliyində "çevriliş maddəsi" var...


Moskva belə bir risqli eksperimentə əl atsa, ilk sınaq İrəvanda keçiriləcək

Rusiyanın 8 avqust sənədindən qıcıqlandığı şəksizdir.Təbii ki, Putin Cənubi Qafqazda mövqeyini sürətlə itirir. Rusiya ağır durumdan xilas olmaq üçün, hətta Azərbaycaycanda və Ermənistanda çevriliş cəhdlərinə də baş vura bilər.

Rusiyanın siyasətdə bu cür zorakı addımlara üstünluk verməsi barədə çoxsaylı nümunələr var. Ehtimal real olsa, Putin ilk hansı ölkədə belə addımlar atmağa hazırlıq görə bilər - Azərbaycan, yoxsa Ermənistanda?

Əgər belə bir ehtimalı sırf siyasi məntiq və mövcud geosiyasi balans üzərindən dəyərləndirsək, Putin üçün çevriliş cəhdinə daha əlverişli mühit Ermənistanda ola bilər. Bunun bir neçə siyasi-məntiqi səbəbi var.

Birincisi, Rusiyanın buna Ermənistanda daha çox imkanları var. Ermənistan müxalifəti açıq şəkildə Rusiyanın tərəfindədir. Onlar bunu gizlətmir, hətta müxalifət iddia edir ki, Paşinyan Sarkisyan-Koçaryan siyasi kursuna sadiq qalsaydı 2020-ci ildəki 44 günlük müharibə və ondan sonra Ermənistanın zərərinə inkişaf edən hadisələr baş verməzdi.

Ermənistan iqtisadiyyatının 80%-dən çoxu Rusiyanın inhisarçı dövlət və özəl şirkətlərinin əlindədir. Bu, Moskvanın İrəvanda manevr imkanlarını gücləndirir. Gümrüdə Rusiyanın rəsmi olaraq 102-ci hərbi bazası var. Ermənistan iqtidarı bu bazanın ölkədən çıxarılmasına dair iddialar belə irəli sürməyə cəsarət etmir. Bununla yanaşı, Metsamor AES-də və Ermənistanın şimalındaki üfüqarxası RLS-də Rusiyanın hərbi və yarım-hərbi bölmələri yerləşib. Rusiya son zamanlar hər üç hərbi kontingentin şəxsi heyətini artırıb və silahlanmasını gücləndirir.

Bütün bunlarla yanaşı, Ermənistanın Rusiyadan siyasi uzaqlaşması daha açıq və sürətli gedir. Məsələn, Ermənistan Azərbaycandan fərqli olaraq Avropa İttifaqına (Aİ) girmək üçün qanun qəbul edib, Aİ-dən daha çox yardımlar alır və investisiyalar qəbul edir.

Paşinyan hökuməti son bir ildə KTMT ilə əlaqələri faktiki dondurub, Avropa İttifaqı missiyasını sərhədə yerləşdirib və Qərblə təhlükəsizlik əməkdaşlığını gücləndirir.

Rusiya bunu açıq “xəyanət” kimi qəbul edir və daxildə ona sadiq qüvvələr (keçmiş hakimiyyət nümayəndələri, bəzi oliqarxlar, kilsə çevrələri) hələ də mövcuddur.

Buna rəğmən, Azərbaycanda daxili sabitlik hökm sürür. Azərbaycan hakimiyyəti güclü mərkəzləşmiş idarəetməyə malikdir və təhlükəsizlik orqanları üzərində tam nəzarət var.

Eyni zamanda, Azərbaycandakı Rusiyapərəst siyasi qüvvələr və ya təsir dairələri Ermənistandakı qədər aktiv və təşkilatlanmış deyil.

Digər tərəfdən, Ermənistan sosial və siyasi baxımdan daha zəifdir. Ölkə daxilində həm yerli əhalinin, həm də Qarabağdan köçmüş əhalinin kifayət qədər sosial qayğıları var və Paşinyan iqtidarı bunları qarşılamaq imkanlarına malik deyil. İqtidar yalnız vədlər verməkdən o yana keçə bilmir.

2020 və 2023-cü illərdə baş verənmüharibələrdən sonra Paşinyana qarşı narazılıq dalğası tam sönməyib. Bunu son altı ayda Ermənistanda baş verən etiraz dalğaları da sübut edir.

Ermənistanın Rusiyadan birbaşa iqtisadi asılılığı hələ də çox böyük təsirə malikdir - ölkənin xarici ticarətinin 60%-i Rusiyanın payına düşür. Bu isə Moskvanın iqtisadi təzyiq və daxili destabilizasiya kombinasiyasından istifadə etmək imkanlarını özündə saxlayır.

Beləliklə, əgər Kreml belə bir risqli planı işə salsa, ilk “sınaq meydanı” kimi Ermənistanı seçməsi daha real görünür. Azərbaycanda bu tip cəhdlərin uğur şansı hazırkı şəraitdə çox aşağıdır. Rusiyaya isə bu istiqamətdə uğursuzluq intihara bərabərdir.

Akif NƏSİRLİ

Chosen
34
46
baki-xeber.com

10Sources