EN

Mixail Kavelaşvili Türkiyəyə gedir

Gürcüstan Prezidenti Mixail Kavelaşvili avqustun 12-də Türkiyəyə rəsmi səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçiriləcək.

Səfər çərçivəsində Türkiyə - Gürcüstan ikitərəfli əməkdaşlığının bütün sahələrinin inkişaf etdirilməsi üçün atılacaq addımlarla yanaşı, aktual regional və qlobal hadisələr barədə fikir mübadiləsi aparılacaq.

Chosen
29
29
axar.az

10Sources