EN

Putinlə görüşə hazırlaşan Tramp danışıqlardan çəkilə biləcəyini açıqladı

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə avqustun 15-də Alyaskada baş tutacaq görüşün konstruktiv olacağını açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında danışıb.

Ağ Ev rəhbəri Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşdə iştirakının planlaşdırılmadığını qeyd edib.

“Vladimir Putinlə danışacağam və ona deyəcəyəm: sən bu müharibəni dayandırmalısan”, - Tramp bildirib.

Onun sözlərinə görə, münaqişənin həlli üçün həm Moskva, həm də Kiyev üçün sərfəli olacaq razılaşma hazırlanır.

Chosen
64
50
publika.az

10Sources