ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsinə dair razılaşmaların olacağına inanır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Tramp Ağ Evdə çıxışı zamanı deyib.
"Bəzi mübadilələr, ərazi dəyişiklikləri olacaq. Mən bunu Rusiyadan və hamı ilə söhbətimdən bilirəm", - Amerika lideri təfərrüatları açıqlamadan bildirib.
Ehtimal edilən ərazi mübadilələrdən danışarkən o, bunun Ukraynanın xeyrinə olduğu fikrini bildirib: "Bu yaxşı bir şeydir, pis deyil".
Tramp müəyyən edib ki, bəzi əraziləri Ukraynaya qaytarmağa çalışacaq. O, sahilyanı əraziləri ən qiymətli hesab etdiyini də izah edib.